Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


11.08.2017  18:37 

Ramil Azərbaycandan niyə imtina etmişdi?





A+  A-

Azərbaycanı tərk edərək Türkiyə yüngül atletika millisinin şərəfini qoruyan Ramil Quliyev keçən il Yay Olimpiya Oyunları ərəfəsində "Socrates" jurnalına müsahibə vermişdi. Məlumata görə, idmançımız müsahibədə ölkəmizdən niyə imtina etdiyinin səbəblərini açıqlamışdı.
Quliyev burada Azərbaycan Yüngül Atletika Federasiyasının və Gənclər və İdman Nazirliyinin ona yaratdığı problemlərdən söz açmışdı. Həmin müsahibəni ixtisarla təqdim edirik:

"Doğulduğum ölkədə məni dəstəkləmədilər. Bəlkə də aşağı sinifdən - kasib bir ailədən gəldiyim üçün... Bilmirəm. Federasiya normal toplanış təşkil etmirdi, masajist yox idi, həkim yardımı ala bilmirdim, həmçinin vitamin və fizioterapevt problemləri.. Sıfır dəstək. Azərbaycanda professional karyeramı davam etdirməyim imkansız görünürdü. Əslində, başqa bir ölkəyə üz tutmaq kimi bir fikrim yox idi amma məni məcbur elədilər. Türkiyədə isə mənimlə yaxşı davrandılar.

Azad Rəhimovun onlardan pul istəməyim barədə dedikləri hamısı yalandı. Mən nə Azərbaycandan pul istəmişəm, nə də Türkiyədən, “Sizin üçün yarışacam" dediyimdə 5 qəpik pul tələb etmişəm. Sadəcə, bir şey demək məcburiyyətində olduqları üçün danışırlar: onlardan pul tələb etmişəm, yox, başqa bir şey istəmişəm filan... Hamısı yalandı. Məni sevməyən, məni incidən onlardı. İnanın, heç səbəbini də bilmirəm.

Azərbaycanda yaxşı nəticələr qazanmağa başladıqdan sonra özümü inkişaf etdirmək istəyirdim. Qətər və Rusiyanın təklifləri diqqətimi cəlb etmədi, ölkəmdə isə yaxşı bir yerə gəlməyim imkansız idi. Atamla birlikdə Türkiyədəki klublarla görüşmək qərarına gəldik. "Fənərbağça" klubundan hər cür dəstək göstərəcəkləri deyildi. Öz-özümə düşündüm: yeni bir yerə getmirəm, fərqli bir şey görməyəcəm, dil eyni, mədəniyyət eyni... Nəticədə Türkiyəyə gəldim. Azərbaycandakı problemlər səbəbindən çox pis günlər yaşamışam, amma artıq xoşbəxtəm”.

Qafqazinfo

Xəbər 1862 dəfə oxunub.



02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +