Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


13.07.2023  17:26 

Şəkər qıtlığının olacağı proqnozlaşdırılır





A+  A-

Dünyanın müxtəlif ölkələrində 2023-cü il ərzində şəkər qıtlığının olacağı proqnozlaşdırılır.

"Reuters" informasiya agentliyi “Green Pool” analitik agentliyinə istinadən 1.01 milyon ton həcmində kəsirin qeydə alınacağını yazıb.

Şəkər istehsalında azalma xüsusən Avropa Birliyi, Pakistan və Hindistanda gözlənilir.

Azərbaycanda şəkər istehsalı və satışı ilə məşğul olan şirkətlər məsələ ilə bağlı rəy bildirərkən, ölkəmizdə bu istiqamətdə çətinliyin olmadığını vurğulayıblar.

Qeyd edək ki, Bakı və bütün bölgələr kəsintisiz olaraq şəkərlə təmin edilir. Mövsümlə əlaqədar istehlak həcmində artma qeydə alınsa da, ümumilikdə anbarlardakı mövcud şəkər həcmi tələbatı dəfələrlə üstələməkdədir. Regionun ən böyük istehsalçısı olan İmişli Şəkər Zavodunun tam gücü ilə fəaliyyətdə olduğu və plana uyğun şəkildə satış nöqtələrini məhsulla təmin etdiyi bildirilib. /Yenisabah.az

Xəbər 2991 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +