Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


20.01.2021  16:10 

Sabah Bakıda qar yağacaq





A+  A-

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, gündüz 1-3, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Xəbər 3804 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +