Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


12.12.2020  11:09 

DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır





A+  A-

Bu gün Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, YAP-ın Neftçala rayon təşkilatının sədri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılacaq.
XəzərNews.az-ın verdiyi xəbərə görə, sonuncu dəfə sentyabrda həbs müddəti 3 ay uzadılan şəxslərin təcridxanada qalma müddəti bir neçə gün sonra bitir.

Buna görə də istintaq həbs müddətinin uzadılması üçün Səbail rayon məhkəməsinə təqdimat verib. İşə hakim Rəna Qafarovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılıb.

Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Xəbər 3549 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +