Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


17.07.2019  16:49 

“Bu işdə Famil Musayevin adı səhvən hallanıb“ - Azər Seyidov





A+  A-

"Qazdan qanunsuz istifadə etdiyi iddia olunan obyekt Famil Musayevin yox, mənimdir. Hazırda həmin obyektin sahibi də, işlədəni də mənəm. Məlum borc da obyekti mən aldıqdan sonra yaranıb. Bu faktı alqı-satqı sənədləri ilə də sübut edə bilərəm. Alı-satqı zamanı mülkiyyətçi dəyişsə də təəssüf ki, qaz sayğacı addan-ada keçməyib. Yəni sistemdə dəyişiklik olmadığı üçün mətbuatda da Famil Musayevin adı hallanıb”.
XəzərNews.az bildirir ki, bu barədə açıqlamanı Azadinform-a sahibkar Azər Seyidov verib.

A.Seyidov bildirib ki, sözügedən obyekti iki il əvvəl alıb: “Sənədləşmə isə 2018-ci ilin sentyabrında başa çatıb. Həqiqətən də ortada borc var və həmin borcun da hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə etmişik. Bütün hallarda yaranan borc məbləğindən asılı olmayaraq ödəniləcək, heç kim dövlətin malını-pulunu qəsb edə bilməz”.

A.Seyidov bu məsələdə obyektin keçmiş sahibi Famil Musayev və onun atası, millət vəkili Hacı Madər Musayevin adının hallandırılmasını doğru hesab etmədiyini bildirib: “Məsələyə heç bir aidiyyatı olmayan Madər Musayevin adının xəbər başlıqlarına çıxarılması etik deyil. KİV nümayəndələrinin də belə məsələlərdə diqqətli olmalarını xahiş edirəm”.

Qeyd edək ki, bəzi internet resurslarında “Azəriqaz” İstehsalat Birliyinin deputat Madər Musayevin oğlu Famil Musayevə qarşı 10 min manatlıq iddia qaldırması barədə informasiya yayılıb. İnformasiyada F.Musayevə məxsus olan obyektin qazdan qanunsuz istifadəyə görə məhkəməyə verildiyi bildirilir.



Xəbər 4143 dəfə oxunub.



08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +