Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


11.03.2019  23:14 

Tramp Rusiyaya qarşı Konqresdən 500 milyon dollar istədi





A+  A-

ABŞ prezidenti Donald Tramp Konqresə 2020-ci ilin büdcə layihəsini təqdim edib.
XəzərNews.az lenta.ru-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri 4,7 trilyon dollarlıq büdcədən hərbi xərclərin 5% artırılaraq 750 milyard dollara çatdırılmasını istəyib. Bununla yanaşı, kibertəhlükəsizliyin artırılması üçün Müdafiə Nazirliyinə 9,6 milyon dollar ayrılması planlaşdırılır. Güman edilir ki, büdcənin hərbi hissəsi xüsusilə Rusiya və Çinlə “strateji rəqabət”ə hesablanıb.

Büdcə layihəsində xarici yardımların 13 milyard dollaradək ixtisarı da nəzərdə tutulur. Təhlükəsizliyin möhkəmləndirilməsi, Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinin Rusiyadan asılılığının azaldılmasına isə 500 milyon dollar ayrılması planlaşdırılır. Dövlət Departamentindən Şimali Koreyanın nüvə silahsızlaşdırılması cəhdlərinə, Rusiya və Çinlə rəqabətə, Venesuelaya yardıma və ABŞ-la sərhəddə epidemik xəstəliklərlə mübarizəyə 40 milyard dollar ayrılması istənilib. Tramp daha 8,6 milyard dolları Meksika ilə sərhəddə divar tikintisinə tələb edib.

Xəbər 2918 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +