Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


24.10.2018  10:08 

Rövnəq Abdullayev Marneulidə - Azərbaycanlılar niyə ona etiraz etdi? - Video





A+  A-

ARDNŞ prezidenti Rövnəq Abdullayevin dünən Gürcüstana gerçəkləşən səfəri çərçivəsində azərbaycanlıların daha çox yaşadığı Marneuli şəhərində olub.
XəzərNews.az Gürcüstanın “Rustavi 2” kanalına istinadən xəbər verir ki, R.Abdullayev Marneulidə hakim “Gürcü arzusu” partiyasının mojaritar qaydada seçkidə iştirak edən namizədlərilə görüşüb. Görüşdə R.Abdullayevin Marneulidə yaşayan azərbaycanlı ağsaqqalları “Gürcü arzusu” partiyasının namizədlərinə səs verməyə çağırdığı iddia olunur.
Marneulidə yaşayan və keçmiş prezident Mixeil Saakaşvilini dəstəkləyən azərbaycanlılar isə görüşün keçirildiyi binanın qarşısında etiraz aksiyası təşkil ediblər. Azərbaycanlılar əllərində plakatlar tutaraq R.Abdullayevin çölə çıxmasını gözləyiblər. Görüşdən sonra aksiya iştirakçıları ilə R.Abdullayev arasında qısa dialoq olub.
Qeyd edək ki, bu hadisə Gürcüstanda, xüsusən də azərbaycanlılar yaşayan bölgələrdə böyük rezonans doğurub. Gürcüstan mediası Azərbaycanı Gürcüstanın daxili işinə qarışmaqda, azərbaycanlı seçiciləri yönəltməkdə ittiham ediblər.


Xəbər 3301 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +