Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


01.08.2018  09:43 

Qəbələyə dəmir yolu çəkilir





A+  A-

Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam edir.
XəzərNews.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildiriblər ki, hazırda Qəbələyə dəmir yolu xətlərinin çəkilməsi istiqamətində işlər aparılır, torpaq yatağı hazırlanır:

"Qəbələyə yol Ləkidən dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Nəzərə almaq lazımdı ki, Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerlər var".

Qeyd olunub ki, bundan başqa, Qusar rayonundakı Şahdağ dağ-xizək kurortuna dəmir yolunun çəkilməsi və Bakı-Yalama xəttinin yeniləşdirilməsi nəzərdə tutulur:

"Burada da layihələndirmə işləri aparılır. Hər iki layihə üzrə dəmir yolunun çəkiləcəyi müddət bilinəndə ictimaiyyətə məlumat veriləcək".

Xəbər 3317 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +