Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


31.07.2018  11:09 

İctimai nəqliyyatdan istifadə pulsuz oldu - Estoniyada





A+  A-

Estoniyanın 15 regionunun 11-də ictimai nəqliyyatda gediş haqqı pulsuz edilib.
XəzərNews.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumatı Estoniyanın İqtisadiyyat və infrastruktur naziri Kadri Simson bildirib.

Onun sözlərinə görə, hakimiyyət şəhərə köçən kənd əhalisini dayandırmaq və ətraf mühitin mühafizəsinə sərmayə qoymaq istəyir. Bundan başqa, Tallində hesab edirlər ki pulsuz nəqliyyat, yüngül avtomobillərin istifadəsini azalda bilər.

2017-ci ildə Estoniya parlamenti, 2030-cu ilə kimi yanacaq istehlakının 2012-ci ildəki səviyyədə saxlanılmasını məqsəd qoyub.

K.Simsonun sözlərinə görə, hakimiyyət insanları daha ekoloji nəqliyyat yollarından istifadə etməyə cağırmalıdır.

Xatırladaq ki, paytaxt Tallində ictimai nəqliyyat 2013-cü ildən bəri pulsuz edilib. Bu ancaq sakinləri üçün nəzərdə tutulub. Tallindən fərqli olaraq Estoniyanın 11 regionunda pulsuz nəqliyyatdan qeydiyyat ünvanından aslı olmayaraq şəhər sakinlərindən tutmuş turistlərə qədər hər kəs istifadə edə bilər. Bu layihə dövlət büdcəsindən maliyyələşdirilir.

Xəbər 3457 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +