Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


20.03.2018  13:16 

Sabah temperatur 24 dərəcəyə qalxacaq





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 12-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 21-24-də bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir

Xəbər 2982 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +