Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


19.03.2018  15:21 

Prezidentliyə namizədlər niyə yubanır?





A+  A-

Məlum olduğu kimi, bu gecədən etibarən Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” bununla bağlı şəhərin müxtəlif yerlərində quraşdırılmış təşviqat tablolarındakı vəziyyətlə maraqlanıb. Məlum olub ki, prezidentliyə namizəd, eyni zamanda hazırki dövlət başçısı İlham Əliyevin fotolarından başqa tablolara foto vurulmayıb. Beləliklə, digər prezidentliyə namizədlər hələ ki, təşviqat kampaniyasına qoşulmayıblar.

Bildirək ki, MSK bugünə qədər prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib – hazırki prezident İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.

Qeyd edək ki, təşviqat səsvermənin başlanmasına 24 saat qalmış - aprelin 10-da dayandırılacaq. Bu müddət ərzində namizədlər pulsuz efir vaxtından, habelə qanunda nəzərdə tutulmuş digər vasitələrdən istifadə edə bilərlər. Səsvermə günü - aprelin 11-də seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları yığışdırılacaq.

Xəbər 3125 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +