Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


19.03.2018  09:26 

Əliyevdən Putinə təbrik





A+  A-

Prezident İlham Əliyev Rusiyada keçirilən prezident seçkilərinin qalibi Vladimir Putunu təbrik edib.
XəzərNews.az xəbər verir ki, təbrikdə deyilir: “Federasiyasının prezidenti seçkilərində inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş kursunuzun fəal dəstəkləndiyini təsdiq edir.

Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Sevindirici haldır ki, bizim dövlətlərarası münasibətlər bu gün bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu münasibətlərin, bütövlükdə Azərbaycan ilə Rusiya arasında hərtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişlənməsinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üzrə birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqlarına, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin təmin olunmasına bundan sonra da kömək edəcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm”.

Xəbər 3360 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +