Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


05.01.2018  13:43 

Uşaq möcüzə sayəsində akulaların hücumundan qurtuldu - VİDEO





A+  A-

Baham adalarında dənizdə çimən bir uşaq eyni vaxtda dörd köpəkbalığının hücumundan xilas olub. Hücuma hazırlaşan dəniz yırtıcılarını dron operatoru aşkarlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Dronun sahibi Artyom Tkaçenkonun çəkdiyi görtüntü “YouTube” videoportalına yerləşdirilib. Videçarxda təhlükəni görməyən azyaşlının suya qaçdığını və birbaşa dörd dəniz yırtıcısının olduğu istiqamətdə üzdüyünü görmək olur.

Köpəkbalıqları bir neçə saniyə ərzində uşağa yaxınlaşıb. Çimərliyin gözəl mənzərəsini çəkən uçan aparatın operatoru vəziyyətin ciddi olduğunu anlayaraq, dərhal uşağı haraylayıb və köpəkbalıqları barədə xəbərdar edib. Məhz dron operatorunun sayıqlığı nəticəsində uşaq son anda sahilə üzüb və xilas olub.

“Allaha şükürlər olsun, yaxşı ki, o məni vaxtında eşitdi”, - deyə Tkaçenko bildirib.

“Daily Mail”in məlumatına görə, hadisə nəticəsində uşaq xəsarət almayıb.


Xəbər 2982 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +