Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


11.10.2017  14:21 

Hollivudda təcavüz qalmaqalı - Məşhurlar ayağa qalxdı





A+  A-

Ancelina Coli və Gwyneth Paltrow kimi məşhur ulduzlar “New York Times” qəzetinə rejissor Harvey Weinstein haqqında şok açıqlama veriblər.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki aktrisa digər məşhurlar kimi rejissorun onlara seksual xarakterli hərəkətlər etdiyini bildirib.

Coli “Playing by Heart” filminin çəkilişi zaman oteldə Weinstein ona böyük stress yaşatdığını bildirib:

“23 yaşım var idi. Həmin rejissorla çalışdım, başıma böyük bir iş gəldi. Əlaqəmi kəsdim, Harveylə işləyən bütün aktrisalara xəbərdarlıq etdim. Belə bir hərəkətləri şiddətlə qınayıram”.

Harvey Weinstein haqqında daha bir iddianı Gwyneth Paltrow səsləndirib.

Aktrisa hələ 22 yaşındaykən rejissorun “qurban”ına çevirildiyini söyləyib:

“Onu masaj etməyimi istədi və əliylə bədənimə toxundu. Tez otaqdan çıxdım və keçmiş sevgilim Bred Pittə dedim. O vaxtlar gənc idim, çox qorxmuşdum”.

Qeyd edək ki, Hollivudun bir çox məşhur aktrisaları H. Weinstein haqqında müsahibələr verir, rejissorun əməlləri tənqid olunur. Kino ulduzları vaxti ilə Harveyin onlara təcavüz etdiyini bildirirlər.

Xəbər 3331 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +