Eldar Abbasov vəzifəsindən azad edilib
Şahin Mustafayev Abbas Ərakçi ilə görüşüb
Ağayev depressiyada...
Kadırovun qohumu İrəvanda öldürüldü
Daha bir şadlıq evinin fəaliyyəti dayandırılıb -VİDEO
3 elmi istehsalat birliyi ləğv edildi
İş adamının 4 milyonu ələ keçirildi – Federasiya prezidenti həbs olundu
Təyyarə qəzası...-Ölənlər var
Rus ordusu Novodanilovkanı işğal edib
“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı


04.10.2017  21:18 

Ən çox satılan telefonlar açıqlandı





A+  A-

“IHS Markit” tədqiqat şirkəti cari ilin birinci yarısında tələbatın yüksək olduğu smartfonların reytinqini açıqlayıb.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, “iPhone 7” ən populyar qurğu seçilib.

Reytinqdə ikinci yeri isə “iPhone 7 Plus” tutub. Beləliklə, “Apple” smartfonları növbəti dəfə dünyada ən çox satılan qurğular statusunu özündə saxlayıb.

Liderlər üçlüyünü “Samsung Galaxy Grand Prime Plus” smartfonu tamamlayıb, “iPhone 6s” və “Galaxy S8” müvafiq olaraq dördüncü və beşinci yerdə qərarlaşıb. Altıncı pillədə satışlarına görə “Galaxy S8” modelindən cüzi fərqlə geri qalan “Galaxy S8+” smartfonu yer alıb.

İlk onluğa ümumilikdə beş “Samsung”, dörd “Apple” və Çinin “Oppo” şirkətinin bir qurğusu daxil olub. Analitiklər qeyd edir ki, iki aparıcı istehsalçısının qabaqcıl qurğuları dünyada ən çox satılan aparatlar olaraq qalsa da, yeni modellərin tədarük həcmi əvvəlki nəsil qurğularla müqayisədə xeyli aşağı düşüb.

Bundan başqa, tədqiqatçılar tərəfindən kompakt “iPhone” versiyalarına tələbatın azalması qeydə alınıb. Hesabatda deyilir ki, 2015-ci ilin birinci yarısında 4,7 düym ekranlı “Apple” smartfonlarının payı 10 faiz təşkil edib, 2016-2017-ci illərdə isə müvafiq olaraq 7 və 5 faizədək azalıb.

Xəbər 3628 dəfə oxunub.




08.12.2025  17:04 

Ağayev depressiyada...

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +