Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


24.05.2017  09:27 

Tramp: “Kim Çen In dəlidir”





A+  A-

ABŞ prezidenti Donald Tramp Filippin prezidenti Rodriqo Duterte ilə telefon söhbəti zamanı Şimali Koreya lideri Kim Çen Inı "nüvə silahı olan dəli" adlandırıb.
XəzərNews.az-ın məlumatına görə, telefon söhbəti əsnasında iki prezident Şimali Koreya ilə bağlı vəziyyətin həll edilməsi mövzusunda danışıblar.

Söhbət zamanı D.Tramp Şimali Koreyanın son raket sınaqlarının uğursuz olmasından məmnun olduğunu da gizlətməyərək bildirib ki, "bu yaxşı xəbərdir". Duterte də ABŞ prezidentinin fikirləri ilə razılaşaraq əlavə edib ki, Kim Çen In "bomba oyuncaqları ilə oynayır, onun ağlı ilə bağlı problemləri var və bir gün dəli olacaq".

Telefon söhbəti barədə məlumat sızdıran "Washington Post" qəzeti daha sonra yazır ki, D.Tramp deyib: "Biz razı ola bilmərik ki, nüvə silahı olan dəli belə sərbəst dolaşsın. Bizim hərbi gücümüz daha böyükdür, sadəcə biz gücümüzü istifadə etmək istəmirik".

Qəzetin məlumatına görə, D.Tramp Çinin problemin həllinə kömək edəcəyinə ümid etdiyini də dilə gətirib.

Xəbər 3098 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +