Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


20.05.2025  16:27 

“Şəki” restoranına milyonluq kompensasiya





A+  A-

Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.

XəzərNews.az Globalinfo.az-a istinadən xəbər verir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib.

Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb. “Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.

Qeyd edək ki, restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.

Xatırladaq ki, Nərimanov rayonu ərazisində daha bir məşhur iaşə obyekti – “Şuşa” restoranı sökülüb. Sahibinin iddiasına görə, ona kompensasiya olaraq 3 milyon verilib.

Obyekt sahibi bu məbləğə görə narazılıq edir.

Xəbər 3141 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +