Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


01.02.2025  19:40 

Əhalinin banklara nə qədər kredit borcu var?





A+  A-

Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların istehlak kreditlərinin həcmi 8,4 milyard manat təşkil edib.

XəzərNews.az xəbər verir ki, Trend-in Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu, bir ay əvvələ nisbətən 22,1 milyon manat və ya 0,3%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 1,5 milyard manat və ya 21,7% çoxdur.

Bu o deməkdir ki, Azərbaycanda əhalinin banklara olan borcunun həcmi son bir ayda 22,1 milyon manat (0,3%), son bir ildə isə 1,5 milyard manat (21,7%) artıb.

Bundan başqa, hesabat dövründə bankların ipoteka kreditlərinin həcmi 4,2 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 46,9 milyon manat və ya 1,1%, 2024-cü ilin əvvlinə nisbətən isə 616,3 milyon manat və ya 17% çoxdur.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfeli 0,4% və ya 109,5 milyon manat artaraq 27,5 milyard manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53,8% (14,787.2 mln. manat);
ıı) istehlak kreditləri – 30,7% (8,445 mln. manat)
ııı) ipoteka kreditləri – 15,5% (4,245.5 mln. manat).


Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,3 milyard manat (o cümlədən, biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.

Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,3 faiz bəndi azalaraq 1,5% təşkil edib.


Xəbər 3839 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +