Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


16.02.2025  18:18 

Biz Rusiyanı sülhə sövq etməliyik - Zelenski





A+  A-

Rusiyanın "Şahed" pilotsuz təyyarələri ilə Nikolayevin kritik infrastrukturuna hücumu nəticəsində şəhərin 100 mindən çox sakini istiliksiz qalıb.

XəzərNews.az xəbər verir ki, bu barədə fevralın 16-da Ukrayna prezidenti Vladimir Zelenski Facebook səhifəsində məlumat verib.

"Adi Ukrayna şəhəri, adi mülki infrastruktur. Bunun hərbi əməliyyatlara və cəbhədəki vəziyyətə heç bir aidiyyəti yoxdur, bu, bir daha sübut edir ki, ruslar xalqımıza qarşı, Ukraynada həyata qarşı vuruşurlar. Onlar isə təzyiqləri azaltmadan, alçaqcasına mübarizə aparırlar",-deyən Zelenskinin sözlərinə görə, təmir briqadaları Nikolaevdə şəhərin istiləşməsini bərpa etmək üçün fəal işləyirlər.

"Biz bu cür hücumlara qarşı müdafiəmizi gücləndirmək üçün tərəfdaşlarımızla birlikdə işləməyə davam edəcəyik. Və bütün tərəfdaşlar da Rusiyanın bu müharibəni uzatmasının və ya həyat üçün təhlükəni daimi hala gətirməsinin qarşısını almaq üçün bütün səviyyələrdə öz aralarında fəal işləməlidirlər. Biz Rusiyanı sülhə doğru sövq etməliyik", - prezident qeyd edib.

Zelenski vurğulayıb ki, Rusiyanın Çernobıl sığınacağına, eləcə də fevralın 16-da Nikolayevə vurduğu zərbə və Rusiyanın bütün digər oxşar zərbələri “güclü reaksiyaya”, güclü qarşılıqlı fəaliyyətə və tərəfdaşların təcavüzkar ölkə Rusiyanı sülhə məcbur etmək üçün birgə fəaliyyətinə səbəb olmalıdır.

Xəbər 1216 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +