Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


16.07.2022  11:22 

“Azərbaycanda nəyimiz düzdür ki, bu da düz ola“





A+  A-

Bakıdakı yolların vəziyyəti vətəndaşları son vaxtlar narahat edən ən aktual məsələlərdən birinə çevirilib. Paytaxt sakinləri üçün qışın çətinlikləri geridə qalsa da, şəhərin yollarının vəziyyəti ilə bağlı narahatlıq belə getsə, çətin aradan qalxsın.

Yollardakı çalalar, asfalt örtüyünün çökməsi, ağzı açıq kanalizasiya quyuları təkcə paytaxtın görünüşünə xələl gətirmir, həm də sakinlərin, nəqliyyatın hərəkətinə ciddi maneə yaradır.

XəzərNews.az xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün görülən işlərin hamısı tamamilə yanlışdır. Məhz bu nöqsan nəticəsində bu cür xoşagəlməz hallar yaşanmaqdadır:

“Düzdür, Bakı şəhərində Hacıbaladan sonra böyük işlər görülüb, müəyyən quruculuq işləri aparılıb, bu gün də aparılmaqdadır. İndi ola bilər ki, müəyyən yerlərdə yolların çökməsi, yeni kanalizasiya xətlərinin salınması, müəyyən işlərin görülməsi yollara mənfi təsir göstərsin. Yəni, bu məsələdə dəqiq fikir söyləyə bilmərəm. Ümumiyyətlə, Azərbaycanda nəyimiz düzdür ki, bu da düz ola. Ona görə də, bu gün görülən işlərin hamısı tamamilə yanlışdır. Bunların da hamısı çox böyük xoşagəlməyən hallarla nəticələnir. Hər halda bu sahə ilə məşğul olan müəyyən qurumlar var və onlar bu işə ciddi nəzarət etməlidir. Çalışmalıdırlar ki, bu kimi ciddi nöqsanları aradan qaldırsınlar. Yəni, dövlət bu sahəyə pul ayırır. Demək, bu sahəyə pul ayırıblarsa, bu sahəyə də xərcləsinlər”.

Partiya sədri onu da əlavə edib ki, bu gün Qarabağda bu sahədə böyük işlər görülüb:

“Biz bu yaxınlarda Şuşaya, Zəngilana getmişdik. Orada çəkilən yolların keyfiyyətini gördük və biz buna görə çox "sağ ol" deyirik və bunu da hər yerdə işıqlandırırıq. Təbii ki, bunları yüksək qiymətləndiririk. Hər halda rəsmi qurumlar çalışsınlar ki, buradakı nöqsanları da aradan qaldırsınlar”.

Xəbər 1932 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +