Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


23.02.2018  20:28 

“Masallıda kişi var?” deyən polis əməkdaşı kimdir? - FOTO+VİDEO





A+  A-

“Masallıda kişi var?” deyərək Masallı rayon Türkoba kənd sakini Tağıyev Tural Vasif oğlunu təhqir edən və həmin kadrları sosial şəbəkələrdə paylaşan polis əməkdaşının kimliyi bəlli olub.
XəzərNews.az-a daxil olan məlumata görə, bu adam Binəqədi rayon Polis İdarəsi, 4-cü polis bölməsinin əməkdaşı, əslən Şamaxı rayonundan olan Rəşad Əhmədovdur.
R.Əhmədovun fotosu artıq sosial şəbəkələrdə paylaşılıb və yüzlərlə istifadəçinin tənqidi ilə qarşılanıb. Hətta sosial şəbəkələrdə çoxminli üzvü olan hakimiyyətə müxalif səhifələr R.Əhmədovun hərəkətini Azərbaycan polisinin adına ləkə kimi dəyərləndiriblər.
Sosial şəbəkə istifadəçiləri isə onu qüsurlu uşağı danışdıraraq böyük bir rayon əhalisini təhqir etdiyini bildirirlər.
Qeyd edək ki, R.Əhmədov bu gün təkrar video paylaşaraq Masallı əhalisindən üzr istəyib.
Saytımıza daxil olan məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbərliyi sözügedən məsələni ciddi nəzarətə götürüb. R.Əhmədovun polis adına yaraşmayan hərəkətlərindən dolayı məsuliyyətə cəlb olunacağı bildirilir.





Xəbər 26683 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +