İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı


18.01.2018  18:34 

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO





A+  A-

Yanvarın 18-də Bakı Nəqliyyat Agentliyinə (BNA) 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib.
Bu barədə XəzərNews.az-a danışan BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, görüntülərdə sürücünün kobudluq etdiyi əks olunub:

“Sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib. Həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb”.

M.Ağayev deyib ki, Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib:

“Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb”.


Xəbər 1214 dəfə oxunub.





02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +