200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.01.2022  16:27 

“Legiya” Dubaya Mahirsiz yollanır





A+  A-

“Legiya” təlim-məşq toplanışı üçün Dubaya yollanacaq heyəti açıqlayıb.

XəzərNews.az xəbər verir ki, Varşava təmsilçisi hazırlıqda iştirak etməli olan 35 futbolçunun adını göstərib. Onlar arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

Zədədən əziyyət çəkən Bartoş Kapustka və Joel Abu Hanna yanvarın 14-də düşərgəyə qoşulacağı qeyd olunub. Bundan başqa, 5 oyunçunun koronavirusa yoluxduğu üçün təcrid olunduğu, Emrelinin isə yanvarın 5-də hazırlığa başlayandan düşərgəyə gəlmədiyi, səfərə gedəcək kollektivdə yer almayacağı vurğulanıb.

Görünür, “Legiya” rəhbərliyi də 25 yaşlı hücumçumuzun Dubay toplanışına qatılmasını gözləmir. Xüsusən də onun kluba ayrılmaq istədiyini bildirən məktub göndərməsindən sonra. Sadəcə, polşalılar formal olaraq Mahirin adını siyahıda göstərib ki, düşərgəyə qatılmaması təqdirində onunla bağlı sərt cəza tədbiri görmək üçün əsaslı səbəb olacaq.

Emrelinin “Legiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Xəbər 1918 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +