Zelenski xəbərdarlıq etdi: Mühüm hadisələr olacaq
ABŞ təyyarələri Suriya səmasında
Qazaxda yol qəzası: Yaralılar var
Rusiyaya məxsus boru kəməri məhv edildi
Rusiyada hava limanları bağlandı
Mehdiyev iki nazirdən çəkinirdi
“Rekord.az” 15 YAŞINDA
Linkə daxil ol 850 manat qazan, amma...-VİDEO
Biləsuvarda ağır yol qəzası
Elbəyi Kərimli vəfat etdi


02.12.2021  00:38 

Bir qrup məmura görə vətəndaş incidilir...





A+  A-

Bizə vətəndaş lazımdırmı?.. Prezident bəli, deyir, məmurlara bir də düşünmək qalır…

Qarabağ savaşının 44 günlük döyüşdən sonrakı qələbəsindən əvvəl xalqla dövlət arasında ciddi uçurum vardı. Bu uçurum sosial problemlərdən, maddi ehtiyaclardan, işsizlikdən dolayı yaranmışdı desək, yanılmarıq. Bu həm də idarəçiliyində bir qrup məmurun vətəndaşa üstən aşağı baxmasının, lazımsız təbəqə müamiləsi yapmasının nəticəsi idi. Yəni vətəndaş necəsə özü yaşasın, nəyimizə lazım? Durum təxminən bu idi.

Amma kökündən yalnış yanaşmadır. Niyə? Dövlət, seçkisində vətəndaşdan səs umursa… Dövlət, müharibədə xalqdan dəstək umursa… Dövlət, dönüb arxasında xalq görmək istəyirsə… Dövlət, vətəndaşdan savaşmasını istəyirsə… Dövlət, vətəndaşdan fədakarlıq umursa… …onu yetişdirməlidir.

Azərbaycan vətəndaşı həm də coğrafi mövqeyindən yana adil, kamil və savadlı olmağa, cəsarətli, təminatlı, ürəkli olmağa məcburdur bir az da. …Və bu gün Qarabağ siyasi, diplomatik masalarda müzakirəsidir. Bu gün dövlət, lider dönəndə mütləq arxasında möhkəm dayanmış və mətin vətəndaş görməlidir.

Bütün bunları niyə sadaladım. Ona görə ki, ölkədə dövlətin diplomatik masalarda əlini zəiflətmək üçün iç siyasəti sosial problemlər üzərində, maləsəf bəzən də həqiqətən əsaslandırılmış formada müharibədən əvvəlki duruma sürükləyirlər. Yəni dövlətlə, xalq arasında keçmiş uçurumu bərpa eyməyə cəhd edirlər… *

Bəs dövlət bundan xəbərdar deyilmi? Xəbərdardır, həm də bütün incəlikləri ilə. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu il, noyabrın 8-də, Zəfər Günündə, Şuşada hərbçilər qarşısında çıxışından bir sitat əminliyimin son dərəcə ciddi təsdiqidir.

Prezident deyir:

- Bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Əqidəsi, dövlət sevgisi, sədaqəti tam olan, savadlı, cəsarətli vətəndaşlar gərəkdir.

Ancaq bəzi hallarda dövlət qurumuna irad bildirəndə, tənqid yazanda, qarşısına belə bir arqument qoyurlar, sən dövlətin gördüyü işə xələl gətirirsən. Əvvəla dövlət birdir. Prezident, dövlətin ali simasıdır. Yəni Prezident elə dövlətdir. Qalan hər kəs, vətəndaşdır. Bəzi səlahiyyət verilən şəxslərsə, dövlət qulluqçusu və məmurdur. Yəni ələmandır, özünə dövlət deyə bilməz. Çünki o, dövlət deyildir. Və unutmaq olmaz özünə dövlət deyən çoxlu sayda, saxtakarlar tanıyırıq, indi məsələn, Kürdəxanıda “dincəlir”.

Dövlət başçısının dediklərinə gəlincə, o gözəl bilir, Azərbaycanın var olmasını, qüdrətli, cəsarətli, ürəkli, möhtəşəm, sosial problemsiz, öz haqqını alan və hüquqlarını bilən, güclü vətəndaş təmin edəcək. Ən vacibi, ölkədə vətəndaş yetişdirilməsi işi başlamadıqca, sürətlə gündəmə lazımsız təbəqələşmə məsələsi gələcək.

Məsələn, Vətən kasıbındı. Ölən elə kasıb olar və sair. Əslində dövlət vətəndaşındır. Və vətəndaş, onun olan hər şeydən məsuldur. Dövlətdən sevgi, diqqət də hiss etməksə onun ən doğal haqqıdır. İndi bir qrup məmura görə, o sevgi payı ləngiyir, vətəndaş incidilir. Buna yol vermək olmaz. Necə? Çox sadə, vətəndaşı mənəvi yetişdirmək üçün ideoloji təbliğat mexanizmi təcili işə salınmalı. Çünki dövlətin əlində yaxşı yetişdirmək üçün vətənpərvər, mərd, zəhmətkeş, ürəkli, səxavətli və sədaqətli, dözümlü, fədakar, amma fikirləri dağınıq bir xalq var. Onu VƏTƏNDAŞ ordusuna çevirməyin əsl zamanıdır. Çünki yaxşı yetişdirilmiş vətəndaş, dövlətin uzunömürlülük qarantıdır. Keçmişinin bu günün ən bahalı sığortasıdır. Bu işə nə qədər yatırım edilsə kardır…

Jalə Mütəllimova

Xəbər 7502 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.12.2025  01:54 

Qazaxda yol qəzası: Yaralılar var

14.12.2025  01:47 

Rusiyada hava limanları bağlandı

14.12.2025  01:23 

Mehdiyev iki nazirdən çəkinirdi

14.12.2025  00:53 

“Rekord.az” 15 YAŞINDA

14.12.2025  00:35 

Biləsuvarda ağır yol qəzası

14.12.2025  00:33 

Elbəyi Kərimli vəfat etdi

14.12.2025  00:23 

Aİ-dan Rusiya ilə bağlı qərar

13.12.2025  18:52 

Rusiyada təyyarə qəzaya uğrayıb

13.12.2025  11:38 

Rusiyaya PUA hücumu ölənlər var


BÜTÜN XƏBƏRLƏR +