Zelenski xəbərdarlıq etdi: Mühüm hadisələr olacaq
ABŞ təyyarələri Suriya səmasında
Qazaxda yol qəzası: Yaralılar var
Rusiyaya məxsus boru kəməri məhv edildi
Rusiyada hava limanları bağlandı
Mehdiyev iki nazirdən çəkinirdi
“Rekord.az” 15 YAŞINDA
Linkə daxil ol 850 manat qazan, amma...-VİDEO
Biləsuvarda ağır yol qəzası
Elbəyi Kərimli vəfat etdi


24.04.2017  20:21 

Xəstəyə vaxtında kömək etməyən tibb işçilərinin cərimələri artırılır





A+  A-

Azərbaycanda xəstəyə kömək göstərməyən tibb işçiləri üçün, eyni zamanda həyat və sağlamlığı təhlükəli vəziyyətdə olan, özünü qoruya bilməyən şəxsi bilə-bilə köməksiz qoymaya görə cərimələrin məbləği 3 dəfədən çox artırılır.
Cinayət Məcəlləsinin 142.1-ci maddəsinə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən, qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisinin üzürlü səbəblər olmadan tibbi yardım göstərməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurmaya görə ödənilən cərimənin məbləği 1000 manatdan 1500 manatadək olacaq.

Hazırda isə bu hala görə cərimənin məbləği üç yüz manata qədərdir.

Xatırladaq ki, hazırda bu halı törədənlər Cinayət Məcəlləsi (CM) əsasında qeyd edilən məbləğdə cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

CM-ə edilən digər yeni dəyişikliyə görə, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə şəxs 1000 manatdan 1500 manatdək miqdarda cərimə ilə (və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə) ilə cəzalandırılır.

Hazırda isə bu hala görə cərimənin məbləği 300 manatadəkdir.

Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

(trend.az)

Xəbər 2970 dəfə oxunub.




14.12.2025  01:54 

Qazaxda yol qəzası: Yaralılar var

14.12.2025  01:47 

Rusiyada hava limanları bağlandı

14.12.2025  01:23 

Mehdiyev iki nazirdən çəkinirdi

14.12.2025  00:53 

“Rekord.az” 15 YAŞINDA

14.12.2025  00:35 

Biləsuvarda ağır yol qəzası

14.12.2025  00:33 

Elbəyi Kərimli vəfat etdi

14.12.2025  00:23 

Aİ-dan Rusiya ilə bağlı qərar

13.12.2025  18:52 

Rusiyada təyyarə qəzaya uğrayıb

13.12.2025  11:38 

Rusiyaya PUA hücumu ölənlər var


BÜTÜN XƏBƏRLƏR +