İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


23.06.2025  13:08 

Vyanada “İohann Ştraus – 200” yubiley konserti keçirildi





A+  A-

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Şərq və Qərb bəstəkarlarının yaradıcılığında valsın metamorfozları. İohann Ştraus – dünya şöhrətli vals və operetta kralı kimi” adlı konsert baş tutdu. Məşhur Avstriya bəstəkarı, dirijor və skripkaçı İohann Ştraus II-nin (1825–1899) 200 illik yubileyinə həsr olunmuş bu tədbir Vyana Bələdiyyəsinin “Vyana Ştrausda və dəbdəbədə” layihəsi çərçivəsində keçirilib.

XəzərNews.az xəbər verir ki, konsert “Musiqi sevinc gətirir” (Musik macht Freude - MmF) adlı Vyana musiqi məktəbi tərəfindən təşkil olunmuş, Culture Meeting Point mədəni təşkilatı, Sun Dance Company rəqs studiyası, Vyana Bələdiyyəsi və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşdırılmışdır. Tədbirdə Vyana şəhər musiqi liseyi və “Musiqi sevinc gətirir” məktəbinin şagirdləri iştirak ediblər.



Konsertin açılışında məktəbin rəhbəri Farah Tahirova çıxış edərək qonaqları salamlamış, tədbirin keçirilməsinə şərait yaratdığı üçün Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımovaya təşəkkür etmişdir. O, İohann Ştraus II-nin Vyana valsı və operettasının formalaşmasında oynadığı mühüm rolu vurğulamış, həmçinin Şərq və Qərb bəstəkarlarının yaradıcılığında vals janrının əhəmiyyətini Çaykovski, Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarların əsərləri ilə misal gətirərək qeyd etmişdir.

Konsert zamanı uşaqlar İ.Ştrausun yaradıcılığı barədə maraqlı təqdimatlarla çıxış etmiş, bəstəkarın fotoarxivi nümayiş olunmuşdur.



Konsertde məktəblilər Ştrausun məşhur operettalarından və valslarından parçaları uğurla ifa etmişlər.

"Musiqi sevinç getirir" adli Vyana Musiqi məktəbinin və Vyana şəhər musiqi liseyinin şagirdi, beynəlxalq fortepiano müsabiqələrinin laureatı, gənc bəstəkar və pianoçu, həmçinin Vyana Dövlət Operası xorunun solisti olan 14 yaşlı Norbert Ebner, Azərbaycan caz musiqisinin görkəmli nümayəndəsi, bəstəkar, dirijor və xalq artisti Tofiq Əhmədovun “Çiçəklər sevinsin” adlı məşhur mahnısını ifa etmişdir. Onun ifasını tanınmış xoreoqraf Lyudmila Detkovanın quruluşunda “Sun Dance Company”nin gənc rəqqasələrinin ifasında vals rəqsi müşayiət etmişdir. Nusrat Kəsəmənlinin sözlərinə yazılmış bu əsərin mətninin alman dilinə xüsusi tərcüməsi tədbir zamanı ekranda nümayiş olunmuşdur.

Konsertin sonunda bu əsərin müəllifinin - Tofiq Əhmədovun dirijorluğu ilə orkestr versiyası da təqdim olunmuşdur.



Tədbirdə 10 yaşlı azərbaycanlı pianoçu Emil Murşudov Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş Azərbaycan himnini ifa etmiş, 11 yaşlı Lara Önder isə Tofiq Quliyevin “Görüş” filmindən məşhur valsını səsləndirmişdir.

Gecədə Vyanada yaşayan müxtəlif diaspor təşkilatlarının nümayəndələri, Azərbaycan səfirliyinin təmsilçiləri, avstriyalı musiqiçilər, alimlər və Tofiq Əhmədovun ailə üzvləri iştirak etmişlər.

Öz müsahibəsində Farah Tahirova qeyd etmişdir:

“Hər dəfə məktəbimizin tədbirlərində milli musiqi mədəniyyətimizi – onun ayrılmaz tərkib hissəsi olan zəngin musiqimizi təbliğ etməyi özümə borc bilirəm!”



Xəbər 424 dəfə oxunub.




25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +