Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


22.05.2025  10:40 

Lavrov və Mirzoyan niyə bir-birini aldadır? - ŞƏRH





A+  A-

“Yerevanda mətbuat konfransında təəccüblü proseslər baş verdi. S.Lavrovun etirazla qarşılanması, S.Lavrovla A.Mirzoyanın görüşü zamanı XİN qarşısında etiraz aksiyalarının keçirilməsi təşkil olundu. Paşinyanın komandası S.Lavrovu Yerevanda görmək istəmir. Bunun üzdə olan səbəbi R.Köçəryanı hakimiyyətə gətirmək istiqamətindəki cəhdləridir”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, bütün bunların hamısını Yerevanda mətbuat konfransında səslənən iki ağ yalan ortalığa qoydu:

“Birincisi, S.Lavrov Ermənistanın İran və Türkiyə ilə sərhədlərini yenə Rusiya sərhədçilərinin qoruduğunu bəyan etdi. 2025-ci ilin əvvəlində N.Paşinyan Ermənistanın sərhədlərinin Ermənistan tərəfindən təkbaşına qorunduğunu elan etmişdi. İran tərəfi hətta Rusiya sərhədçilərinin İran-Ermənistan sərhədindən çıxmağı ilə bağlı atəşfəşanlıq etmişdilər. Moskvanın Ermənistan-İran sərhədinə qayıtmaq arzusunu S.Lavrov bu qaydada ifadə etdi.

İkincisi, A.Mirzoyanın ölkəsinin Aİ-yə üzv olmaq niyyətində olmadığını, ərizə vermədiyini və Aİ-yə üzvlük istiqamətində heç bir iş görmədiyini açıqlaması idi. Ondan bir gün əvvəl Aİ-nin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə səfirləri Ermənistanda idilər. Bəlkə də Ermənistanın S.Lavrova qarşı hazırladığı “əməliyyatların” bir tərkib hissəsi idi. Səfirləri qəbul edən A.Mirzoyan Ermənistanın Aİ-yə üzvlüyünün artıq geridönməz proses olduğunu bildirmişdi. S.Lavrovla mətbuat konfransında isə bunun 1800 tərsini bildirdi”.


Politoloq qeyd edib ki, N.Paşinyan da S.Lavrovu qəbul etdi, amma o qəbulda danışılanlar barədə heç bir ciddi fikir səslənmədi:

“Rusiya başa düşür ki, Ermənistan Qərbdən əl çəkməsə də Qərbi regiona gətirə bilmir. Qərbi regionda instalyasiya etmək Ermənistanın gücü deyil. Bu işlə Azərbaycan məşğul olsa, Qərbi gətirə bilər. Ona görə Ermənistanın Qərb istiqamətində fəaliyyətlərini yenidən öz əlinə almaqla Azərbaycana nümunə göstərmək istəyir. Ermənistana qarşı ən böyük hədəsi Zəngəzur mahalı və Göyçə gölü ətrafı əraziləri Azərbaycana qaytarmaqdır.
Bu iki ağ yalan regionda yeni proseslərin bünövrəsini qoydu”.



Xəbər 2537 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +