Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


02.06.2021  23:49 

Dünyada işsizlərin sayı gələn ilədək nə qədər artacaq? - BƏT açıqladı





A+  A-

Koronavirus pandemiyası səbəbindən dünyada işsizlərin sayı 2022-ci ilə qədər 200 milyon nəfəri keçəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir. Məlumata görə, bu rəqəm 205 milyon nəfərə çatacaq.

Cari ilin ikinci yarısında məşğulluğun bərpasının sürətlənəcəyi, ancaq bəzi ölkələrdə koronavirus peyvəndlərinə məhdud əlçatanlıq səbəbindən qeyri-bərabər olacağı qeyd edilib.

“Məşğulluq və iş saatlarının azalması əmək gəlirlərinin kəskin azalmasına və müvafiq olaraq yoxsulluğun artmasına səbəb oldu”, - deyə hesabatda qeyd olunur.

Hesabatda, həmçinin, vurğulanır ki, hazırda yoxsulluq səviyyəsindən aşağı kateqoriyaya 100 milyondan çox işləyən insan aid edilir.

BƏT işləyən insanların yoxsulluğunun aradan qaldırılması üçün yeni iş yerlərinin yaradılmasını və təsərrüfat gəlirlərinə dəstəyi özündə cəmləşdirən əmək bazarının bərpası strategiyasını təklif edib.

Xəbər 2630 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +