Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


14.05.2020  13:10 

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı kəskin artdı





A+  A-

Ötən sutka Qırğız Respublikasında 38 nəfərə koronavirus diaqnozu qoyulub.
XəzərNews.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 1 082-yə yüksəlib.

Qırğız Respublikasında indiyədək 12 nəfər COVID-19-un qurbanı olub. 735 nəfər isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qeyd edək ki, mayın 13-nə olan məlumata görə, Qırğız Respublikasında sutka ərzində 7 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 298 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər 1872 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +