Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


05.02.2020  09:04 

Bu ölkələr İrandan qara qutuları istəyir





A+  A-

Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveç və Ukrayna İrandan yanvarın 8-də Tehranda qəzaya düşmüş təyyarənin qara qutularının onlara verilməsini tələb edir.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin beynəlxalq koordinasiya qrupu ilə görüşün nəticələrinə əsasən hazırlanmış bəyanatında deyilir.

“Bütün ölkələr İranın qara qutuları vermək istəməməsindən narahatdır. İran tam və açıq əməkdaşlığa hazır olduğunu nümayiş etdirmək üçün dərhal qara qutuları təhvil verməyə borcludur”, - deyə sənəddə qeyd edilir. Həmçinin, bildirilir ki, müvafiq prosedur Beynəlxalq Mülki Aviasiya Təşkilatının nizamnaməsində də göstərilib.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Xəbər 1670 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +