Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


30.10.2025  15:30 

Emil Mirzəyev Türkiyə Cümhuriyyətinin 102 illik yubiley tədbirində - Foto





A+  A-

Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev Türkiyə Cümhuriyyətinin 102 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdə iştirak edib.

Xəzərnews.az xəbər verir ki, tədbir İsveçin paytaxtı Stokholm şəhərində, Türkiyənin İsveçdəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbirdə Türkiyə və Azərbaycan diaspor nümayəndələri, diplomatik korpusun üzvləri, ictimai-siyasi xadimlər, eləcə də yerli media təmsilçiləri iştirak ediblər.

Rəsmi mərasimdə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk və istiqlal uğrunda mübarizə aparan qəhrəmanların xatirəsi ehtiramla yad edilib.

Emil Mirzəyev səfiri yubiley münasibəti ilə təbrik edib, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq bağlarının əsrlər boyu möhkəmlənərək bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. O, həmçinin Avropada yaşayan azərbaycanlıların Türk dünyasının birliyinə və ortaq dəyərlərin qorunmasına töhfə verməsinin vacibliyini qeyd edib.

Tədbir çərçivəsində E.Mirzəyev bir sıra rəsmi və ictimai xadimlərlə görüşlər keçirib, fikir mübadiləsi aparıb. Görüşlər zamanı diaspor fəaliyyətinin genişləndirilməsi, mədəni əməkdaşlığın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Sonda xatirə fotoları çəkilib.







Xəbər 2134 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +