İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


23.11.2022  14:00 

Kiyevi “İkinci Dünya Müharibəsindən bəri ən pis qış“ gözləyə bilər





A+  A-

Rusiyanın genişmiqyaslı işğalı fonunda Kiyev əhalisi “ən pis ssenariyə” hazırlaşmalıdır.

XəzərNews.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə açıqlma ilə Kiyev meri Vitali Kliçko mıxış edib.

O, bildirib ki, Kiyevi "İkinci Dünya Müharibəsindən bəri ən pis qış" gözləyə bilər.

“Əgər işlər ən pis ssenari üzrə getsə, şəhərin bir hissəsinin boşaldılması lazım gələ bilər, baxmayaraq ki, hakimiyyət bunun bu həddə çatmasını istəmir”, - deyən Kliçko Vladimir Putini zor tətbiq etmək cəhdində ittiham edib.

Xatırladaq ki, 10 oktyabr 2022-ci ildə Rusiya Federasiyası Ukraynanın infrastrukturuna hücumlara başlayıb. Cəmi bir gündə Ukraynanın enerji infrastrukturunun 30%-i zədələnib.

Oktyabrın 10-dan bəri infrastruktura hücumlar dayanmır.

İşğalçılar elektrik yarımstansiyalarına, su elektrik stansiyalarına və istilik istehsalı obyektlərinə zərbələr endirirlər. Ölkədə elektrik enerjisinin kəsilməsi başlayıb.

Noyabrın 15-də Rusiya Ukrayna ərazisinə 100 raket atıb. Bu, Ukraynanın enerji sisteminə müharibə başlayandan bəri ən kütləvi hücum olub.

Noyabrın 17-də Ukrayna prezidenti Vladimir Zelenski 10 milyon ukraynalının işıqsız qaldığını bəyan edib. Həmin gün Kiyevdə elektrik enerjisinin kəsilməsinə görə antirekord qeydə alınıb.

2022-ci il noyabrın 18-də Kiyev Şəhər Dövlət Administrasiyası kiyevlilərə su və ərzaq ehtiyatı saxlamağı tövsiyə edib.

Noyabrın 19-da ukraynalıların qışda ölkəni tərk etmək barədə düşünməyə çağırıb.

Noyabrın 19-da Ukrayna prezidenti Vladimir Zelenski işğalçıların Ukraynanın enerji infrastrukturunun təxminən 50%-ni məhv etdiyini bəyan edib.

Elə həmin gün, noyabrın 19-da məlum olub ki, Ukrayna Avropadan elektrik enerjisi qəbulunu sınaqdan keçirir.

Noyabrın 22-də “Ukrenerqo” elan edib ki, işğalçılar enerji strukturuna hücumların taktikasını dəyişə bilərlər.

İsmayıl Nifti
XəzərNews.az


Xəbər 2404 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +