İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


23.11.2022  07:40 

Sevastopola hücum olub?





A+  A-

Sevastopol pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

XəzərNews.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı şəhər meri Mixail Razvojaev öz Telegram kanalında verib.

“Dronların hücumu var. İlkin məlumata görə, artıq iki PUA vurulub. Bütün qüvvələr və xidmətlər döyüş hazırlığı vəziyyətindədir”, - deyə Razvojaev yazıb.

Sevastopol qubernatoru PUA-nın hücumu nəticəsində heç kimin xəsarət almadığını bildirib və sakinləri sakit olmağa çağırıb.

Hadisə şahidləri baş verənlərin görüntülərini dərc edərək yarımadada yüksək səslərin gəldiyini bildiriblər.

Xatırladaq ki, oktyabrın 19-da Rusiya prezidenti Vladimir Putin Krım da daxil olmaqla səkkiz regionda orta səviyyəli cavab tədbirləri tətbiq edib. Bu, xüsusilə, ictimai asayişin mühafizəsinin gücləndirilməsini və enerji obyektlərində təhlükəsizlik səviyyəsinin artırılmasını nəzərdə tutur.

İsmayıl Nifti
XəzərNews.az


Xəbər 2303 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +