İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


20.11.2022  11:10 

Türkiyə terrorçulara qarşı əməliyyat keçirir





A+  A-

Türkiyə döyüş təyyarələri Suriya və İraqın şimalında terrorçuların hədəflərinə qarşı hava əməliyyatları həyata keçirir.

XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi Tvitter hesabında məlumat verilib.

Nazirlik bəyan edib ki, terror yuvaları tam zərbələrlə dağıdılır.

Vurulan terror hədəflərinin görüntüləri də dərc edilib.

“Pəncəli Qılınc Hava Əməliyyatı İraq və Suriyanın şimalında terrorçuların ölkəmizə hücumları üçün baza kimi istifadə edilən bölgələrdə həyata keçirilib”, - deyə məlumatda bildirilib.

Müdafiə naziri Hülusi Akar isə qeyd edib ki, Türkiyə hesab çəkməyə davam edəcək:

"Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar böyük müvəffəqiyyətlə dağıdıldı. Terror təşkilatının qərargahı da birbaşa zərbə ilə vuruldu".

Döyüş təyyarələrinin Diyarbəkir 8-ci Əsas Reaktiv Baza Komandanlığından havaya qalxdığı bildirilib. Hava əməliyyatında İraqın şimalındakı Kobani, Tel Rıfat, Dirbəsiyə, Derik və Şenqal bölgələrində terrorçuların hədəflərinin vurulduğu qeyd olunub.

Lalə Zahidqızı
XəzərNews.az


Xəbər 2360 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +