Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?
Bəzi yerlərdə 41 dərəcə isti olacaq - SABAH


20.11.2022  11:30 

Qərb Kiyev rejimindən yorulub?





A+  A-

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna lideri Vladimir Zelenskinin Moskva ilə niyə dialoqa getmək istəmədiyini açıqlayıb.

XəzərNews.az xəbər verir ki, onun fikrincə, “eqoist səbəblərə görə” Zelenski üçün sülhə ehtiyac yoxdur.

“Axı siz Ukraynanın dağılması ilə bağlı reallıqları tanımırsınızsa, masa arxasında oturmaq mənasızdır, əgər etiraf etsəniz, ordu elitası ilə təmasda olan öz millətçiləriniz sizi öldürəcək”, - deyə o, teleqram kanalında yazıb.

Bundan əvvəl də Medvedev bildirmişdi ki, Qərb Kiyev rejimindən kifayət qədər yorulub:

“Bunu Ukraynanın raketin Polşa ərazisinə endirilməsi ilə bağlı günahı Rusiyanın üzərinə yıxmaq cəhdinin uğursuzluğu da sübut etdi. Xüsusən də Qərbdə onları “daim ehtirasları qızışdıran, sızıldayan, küsdürən, pul və silah qoparan Vladimir Zelenski qıcıqlandırır”.

Yusif Əli
XəzərNews.az


Xəbər 2453 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +