İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


18.11.2022  16:17 

Ukraynaya daha bir “Zuzana 2 Howitzer”i təhvil verildi





A+  A-

Slovakiya Ukraynaya daha bir “Zuzana 2 Howitzer” özüyeriyən artilleriya qurğusunu təhvil verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nagy özünün Twitter mikrobloqunda bildirib.

O qeyd edib ki, 155 mm çaplı “Zuzana 2 Howitzer” əvvəlki versiyasının modernləşdirilməsi artıq Ukraynaya gəlib.

“Mən şadam ki, artıq 7-ci “Zuzana 2 Howitzer” Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib və günahsız insanların həyatını qorumağa hazırdır”, - o, nazir yazıb.

Qeyd edək ki, avqustun ortalarında Slovakiya daha dörd Zuzana 2 qurğusunu Ukraynaya təhvil verib.

Oktyabrın əvvəlində isə Danimarka, Slovakiya, Norveç və Almaniya Zuzana 2 özüyeriyən artilleriya qurğularının istehsalı və Ukraynaya təhvil verilməsi üçün razılığa gəliblər.

Xatırladaq ki, bu silah 40 km-ə qədər məsafədəki hədəfləri vura bilir və dəqiqədə 5 atəş açmaq qabiliyyətinə malikdir. Avtomatik doldurma sistemi isə dəqiqədə 6 atış və ya 3 dəqiqə ərzində 16 atəş açmağa imkan verir.

Yusif Əliyev
XəzərNews.az


Xəbər 2435 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +