İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


17.11.2022  12:41 

Ramzan Kadırov ölən qızından danışdı





A+  A-

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, ilk övladı olan qızı körpəlikdə ölüb.

XəzərNews.az xəbər verir ki, Ramzan Kadırov bu barədə Telegram kanalında danışıb.

“İndi 14 uşağımız var. Baxmayaraq ki, 15 yaşında olmalı idi - ilk qız doğulduqdan qısa müddət sonra öldü. Bütün bu illər ərzində mən nadir hallarda hər an onlarla birlikdə olmaq fürsəti tapıram” - deyə Kadırov yazıb.

Kadırov gileylənib ki, işinin çox olması səbəbindən ailəsi nadir hallarda bir araya gələ bilir, lakin bütün illər ərzində o, uşaqlardan heç vaxt ən kiçik narazılıq işarəsi belə eşitməyib, xüsusilə də həyat yoldaşından məzəmmət görməyib.

Onun sözlərinə görə, o, Medni (həyat yoldaşı) ilə 90-cı illərdə, respublikada hərbi əməliyyatların hələ də davam etdiyi vaxtlarda ailə qurub: “Toydan dərhal sonra mən, dağlıq Benoya getdim, arvadım isə gizlənə biləcəyi valideynlərinin yanına getdi. Uzun müddət bir-birimizi görmədik”.

Kadırov əlavə edib ki, böyük qızları uşaqlıqda tez-tez diqqətsizlikdən incidiklərini ona etiraf etsələr də, anaları onlara “ataya yük deyil, dayaq olmaq” lazım olduğunu başa salıb.

İsmayıl
XəzərNews.az


Xəbər 2319 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +