Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


28.09.2020  16:45 

Düşmən təxribatı nəticəsində yanğınlar baş verib





A+  A-

Fövqəladə Hallar Nazirliyi erməni təxribatı ilə bağlı məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Nəticədə, yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan yetirilir.

Belə ki, bu gün də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib. Dərhal hadisə yerlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınlar qısa müddətdə söndürülüb.

Xəbər 3681 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +