İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


11.04.2018  08:54 

Jurnalistlər üçün “qaynar xətt” yaradıldı





A+  A-

Bu gün keçirilən prezident seçkilərini işıqlandıran jurnalistlərin monitorinqi aparılacaq.
XəzərNews.az xəbər verir ki, bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar. Bu işə Mətbuat Şurasına üzv mərkəzi və regional kütləvi informasiya vasitələrinin əməkdaşları da cəlb olunub. Monitorinqin 125 seçki dairəsinin mütləq əksəriyyətini əhatə etməsi nəzərdə tutulub. Şuranı İdarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedişini izləyəcəklər.

Bundan başqa Mətbuat Şurasının (012) 441 35 30 telefon, həmçinin (055) 201 99 26 və (050) 242 09 91 mobil nömrələri aprelin 11-də “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrə zəng etməklə məlumat verə biləcəklər.

Mətbuat Şurası seçki günü Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Şura jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq.

Xəbər 3034 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +