İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


10.04.2018  23:11 

Azərbaycanın üçüncü peyki orbitə buraxılır - VİDEO





A+  A-

Azərbaycanın üçüncü peykinin təyin olunan vaxtda orbitə çıxarılmasını təmin etmək məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə bütün işlər qrafikə uyğun şəkildə davam etdirilir.
XəzərNews.az-ın “Xezerxeber.az”a istinadən məlumatına görə, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastrukturun modernizasiyası ilə bağlı işlər artıq yekunlaşıb. Peykin orbitə buraxaılacağı dəqiq tarix də artıq bəllidir.

Hazırda orbitdə olan “Azerspace-1” vasitəsi ilə 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Yeni peykin buraxılması ilə isə Qonşu Gürcüstan bazarında lider mövqeyə malik olan, o cümlədən Tükiyədə özünəməxsus bazar payına sahib “Azerkosmosun” imkanları daha da genişlənəcək.
Hazırda 25-ə yaxın ölkədə sabit müştəri bazası olan “Azərkosmos”un yeni peykinin orbitə buraxılması ilə bazarda tərəfdaşlarının sayı da artıracaq. Belə ki, “Azərspace 2”nin xidmətlərinin bir qismi peyk orbitə buraxılmadan özünə müştəri qazana bilib.

Həmçinin, artıq 3 ildir ki, “Azərkosmos” tərəfindən yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində peykdən əldə edilmiş təsvirlər təmənnasız olaraq elmi tədqiqat institutları, universitetlər və digər qurumlara təqdim olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbər 2725 dəfə oxunub.





18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +