İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


09.04.2018  20:24 

Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin direktoru kim olacaq?





A+  A-

Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin direktoru Böyükkişi Ağayev dünyasını dəyişəndən sonra bu tanınmış tibb ocağının kimin rəhbər təyin ediləcəyi həm Səhiyyə Nazirliyində, həm də mərkəzdə əsas müzakirə mövzusudur.
XəzərNews.az bildirir ki, Səhiyyə Nazirliyindəki mənbələrdən istiqlal.az saytına daxil olan məlumata görə, bu posta ən real namizəd Mərkəzdə çalışan Qurbanxan Müslümovdur: "Q.Müslümovu başqalarından şanslı edən onu səhiyyə naziri Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyevanın dəstəkləməsidir. Q.Müslümovu Şirəliyevlər ailəsinə yaxın edən onun R.Şirəliyevanın kürəkəni İslam Mahalovla yaxın dostluq əlaqələridir. Məhz bu dəstəyin sayəsində Müslümov bi sıra elmi postlara sahiblənib, nazirliyin Tibb Şurasının sədr müavini postuna təyin edilib. Bundan başqa, o Davamlı Tibbi Təhsil layihəsinin də təşəbbüskarı kimi təqdim edilir. Baxmayaraq ki, bu nazirin öz layihəsi olub. İndi hamı Müslümovun təyinatını proqnozlaşdırır".

Mənbənin sözlərinə görə, Q.Müslümov Türkiyədəki məlum çevriliş cəhdindən sonra adı FETÖ ile əməkdaşlıqda hallanan Prezident Administrasiyasın sabiq şöbə müdiri Elnur Aslanov və sabiq millət vəkili Ceyhun Osmanlı ilə çox yaxın olmasıdır. Q.Müslümov sözügedən çevrənin səhiyyə sistemində önə çəkmək istədiyi əsas simalardan olub. Onun Almaniya, Qazaxstan, Özbəkstan və başqa dövlətlərlə təşkil etdiyi tədbirlərin əsas təşkilatçısı C.Osmanlının rəhbərlik etdiyi "İrəli" təşkilatı olub. Müslümov özü də son hadisələrədək "İrəli"nin fəallarından olub. Hətta sözügedən qrup onun Milli Məclisin deputatı olması üçün xeyli səylər göstərib".

Məlumatlara görə, onun adı Türkiyə səfirliyinin qara siyahısında da yer alır. Bu baxımdan O.Şirəliyevin onu təyinatına imza atacağı inandırıcı görünmür. Bir tərəfdən ailə üzlərinin özəl maraqları, o biri tərəfdən isə ölkə prezidentinin şəxsi nəzarətində olan siyasi məsələ. Hər halda O.Şirəliyevin necə seçim edəcəyi yaxın günlərdə bəlli olacaq - deyə mənbə vurğulayıb.

Xəbər 3709 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +