İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


09.04.2018  15:17 

“Abituriyent Məsləhət Mərkəzi” yaradıldı





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) və Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb.
Bu haqda XəzərNews.az-a DİM-dən bildirilib.

Bu gündən fəaliyyətə başlayan “Məsləhət mərkəzi”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.

“Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Qərbi Kaspi Universiteti arasında əldə edilmiş ilkin razılığa əsasən, növbəti “Abituriyent Məsləhət Mərkəzi” bu universitetdə yaradılacaq. Qərbi Kaspi Universitetində fəaliyyət göstərəcək məsləhət mərkəzi haqqındaəlavə məlumat veriləcəkdir.

Digər ali və orta ixtisas təhsil müəssisələri də bu tip məsləhət mərkəzlərinin yaradılması və abituriyentlərə xidmət göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər. Məsləhət mərkəzinin yaradılması və s. məsələlərlə bağlı DİM tərəfindən dəstək göstərilir.

Xəbər 3257 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +