İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


09.04.2018  14:09 

“Azərpoçt”a yeni baş direktor təyin edildi





A+  A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.
XəzərNews.az xəbər verir ki, bu, Emin Ramiq oğlu Əfəndiyevdir.

O, yeni vəzifəsində Sübhan Kazım oğlu Kazımovu əvəz edib.

E.Əfəndiyev 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə 1992-ci ildə Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb, 1996-2004-cü illərdə "Rossiyskiy Kredit" Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, İdarə Heyəti (İH) sədrinin müavini və sədri, 2004-2009-cu illərdə "AZAL Bank"ın İH sədrinin müavini, 2009-2015-ci illərdə "Kapital Bank" ASC-nin filial müdiri, 2015-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəmə bankında İH-nin sədri

Xəbər 3201 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +