İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


09.04.2018  11:56 

Lotu Quliyə AĞIR ZƏRBƏ - Böyük hesablaşmada qan töküldü





A+  A-

Dünən gecə saatlarında Türkiyədə 60 yaşlı qanuni oğru, kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb, yanında olan 27 yaşlı övladı isə ayağından yaralanıb.
XəzərNews.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə Antalyanın Kəmər rayonunda kriminal avtoritetin evinə bir neçə metr məsafədə baş verib. Belə ki, maskalı 2 killer kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadzeyə və oğluna tapança ilə 6 dəfə atəş açaraq hadisə yerindən qaça biliblər. Atəş nəticəsində Giya Kutaiski başından vurulduğu üçün yerindəcə keçinib, oğluna isə ayağından atəş açılıb və o, sağ qalıb.



Məlumat üçün bildirək ki, qətlə yetirilən Giya Kutaiski azərbaycanlı nüfuzlu kriminal avtoritet Lotu Quli ləqəbli Nadir Səlifovun yaxın adamı idi. Yanvarın sonunda Qulinin istanbul iqamətgahında təşkil edilən oğru yığıncağını (sxodka) da məhz Giya Kutaiski idarə edib.

İlkin versiyaya görə, Zviadadzenin qətli onun digər qanuni oğru Nodar Rustavski kimi tanınan Nodar Asoyanla olan münaqişəsinin nəticəsidir. Onlar Rostov vilayətinə nəzarət uğrunda savaşırdılar.



Giya Zviadadze kriminal aləmin “köhnə məktəb”inin şagirdi hesab edilirdi. Oğru ənənələrinin ciddi tərəfdarı və öz nəsilinin ən parlaq nümayəndələrindən biri idi.

Xəbər 4052 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +