Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


06.12.2017  10:46 

“Natavan, məni bağışla...” - Dadodan ilk reaksiya





A+  A-

“Heç bilmirəm nədən başlayım. Ailəmizin dağılmağından, ya reytinq üçün ağlına gələn xəbəri yazan, özünə “redaktor” deyənlərdən… Siz özünüzü necə tanıyırsız bilmirəm, amma mən o kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum”.
XəzərNews.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibinin əri, repçi Səid Əliyev (Dado) instaqramda yazıb.

O, boşanmaqları barədə yayılan xəbərlərə münasibət bildirib. Dado mətbuatda “pul üçün ailə qurdu” tipli yazılan xəbərlərə sərt reaksiya verib:

“Adam kişi olar. Bu söhbəti çıxaranlardan ayrı danışacağıq. Belə absurd xəbərin haradan çıxardığınızı mənə təqdim edəcəksiz. Şər və böhtan ortadadır. Kimsə özünü bu rolda görə bilər, belə addımlara normal baxır.

Deyərsiz ki, şou-biznes adamlarıdır və .s Xeyr! Mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılır. Özünüzə gəlin, bu nə biabırçılıqdır. İnsanlığınızı itirməyin, bu günün sabahı da var. Natavan, olanlara görə məni bağışla! Sən mənim ailəmsən və ailəmizin dağılmasına imkan verməyəcəm. Səni sevirəm”.

Qeyd edək ki, müğənni Natavan Həbibi bir neçə gün bundan əvvəl instaqramda S. Əliyevlə boşanacağını elan etmişdi.

Xəbər 2922 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +