İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


22.09.2017  09:46 

Bu ökədə üzünü örtənlər cəzalanacaq - 150 avro cərimə





A+  A-

Avstriyada bu il oktyabrın 1-dən etibarən qüvvəyə minəcək yeni qanuna əsasən ictimai yerlərdə üzünü müxtəlif vasitələrlə örtən şəxslərə qarşı 150 avro məbləğində cərimə tətbiq olunacaq.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, yeni qanunun din ilə heç bir bağlılığı olmasa da, bu qaydanın, ilk növbədə, müsəlman qadınlara qarşı yönəlməsi ehtimalı etirazla qarşılanıb.

İnsan haqları təşkilatları ilə yanaşı, müsəlman qurumları da yeni qanunu tənqid ediblər. Bununla belə, Avstriya Daxili İşlər Nazirliyindən bildirilib ki, yeni qanun yalnız üzünü örtən və polisin tələbi əsasında sifət cizgilərini göstərməkdən imtina edən şəxslərə şamil olunur. Niqab, burka və digər ənənəvi Şərq-İslam geyimləri ilə yanaşı, adi qrip maskalarını heç bir tibbi göstəriş və xəstəlik olmadan istifadə edən şəxslər də polis tərəfindən saxlanıla bilərlər. Sifətin tam görünməsini təmin edən baş örtükləri isə heç bir məhdudlaşdırılma olmadan istifadə edilə bilər.

Vyana Turizm Cəmiyyəti isə yeni qanunu iqtisadi baxımdan səmərəsiz hesab edir. Qurumdan bildirilir ki, hər il turist gecələmələrinin Vyanada 350 mini, Zaltsburq əyalətində isə 660 mini Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, Livan və İordaniyadan olan turistlərin payına düşür. Bu ölkələrdən olan turistlərin əsas etibarilə yuxarı kateqoriyalı otellərdə qaldığını və turizm gəlirlərinin yüksək olmasında xüsusi çəkisini nəzərə alaraq, yeni qanunun gələcəkdə adıçəkilən ölkələrdən gələn ziyarətçilərin sayına təsir göstərəcəyini ehtimal etmək olar.

Xəbər 2954 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +