Rusiya və Ukrayna 1200-ə yaxın məhbusu dəyişdirəcək
Zelenski ilə Putinin görüşü olacaq?
Kəmaləddin Heydərov rəis müavini təyin etdi
Prezident “ASAN xidmət”lə bağlı FƏRMAN imzaladı
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu vəfat edib
“Embawood” qüsurlu malı geri götürmədi... - Cərimələndi
Azərbaycanda polisi terrorla şantaj edən uşaq cəzalandırıldı
“Evimizi xəbərdarlıq etmədən sökürlər” – Nərimanov sakinləri
Məhşur restoranın səs-küyü sakinləri bezdirdi
Paşinyan Rusiyaya səfər öncəsi Trampla RAZILAŞDI - Zəngəzur dəhlizi...


05.07.2021  15:54 

Dünyada 184 milyona yaxın insan koronavirusa yoluxub





A+  A-

5 iyul tarixinə olan məlumata görə, dünyada koronavirus infeksiyasına yoluxma sayı 183 784 967 nəfər təşkil edir.
XəzərNews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu haqda məlumatı Amerikanın Cons Hopkins Universiteti yayıb.

Virusun yayılmağa başlamasından bu günə qədər COVID-19 qurbanlarının sayı 3 977 060 nəfərə çatıb.

Koronavirusa 15 milyondan çox yoluxma sayına sahib olan ölkələr sırasına ABŞ, Hindistan və Braziliya daxildir.

ABŞ virusa yoluxmuş və dünyasını dəyişmiş şəxslər baxımından lider olaraq qalır. Burada koronavirusa 33 717 574 yoluxma halı qeydə alınıb, dünyasını dəyişənlərin sayı isə 605 526 nəfərə yüksəlib.

Yoluxma sayına görə Hindistan ikinci pillədə yer alıb. Belə ki, ölkədə təsdiq olunmuş ümumi yoluxanların sayı 30 585 229 nəfərdir. 402 728 nəfər isə virusa yoluxaraq dünyasını dəyişib.

Braziliya virusa yoluxma sayına görə üçüncü pillədədir. Burada pandemiya dövründə 18 769 808 nəfər virusa yoluxub, 524 417 nəfər isə həyatını itirib.

Dünyada baş verən vacib hadisələr üzrə statistika sahəsində ixtisaslaşmış “Worldometer” portalının məlumatına əsasən, 5 iyul tarixində dünyada 1 milyon əhaliyə ölüm nisbəti 512,3 təşkil edib. ABŞ-da 1 milyon əhaliyə 1 866 nəfər dünyasını dəyişib. Hindistanda bu rəqəm 289, Braziliyada isə 2450 təşkil edir.



Xəbər 3655 dəfə oxunub.




24.07.2025  00:13 

Bəzi ərazilərdə qaz olmayacaq

23.07.2025  14:27 

Prezident fərman imzaladı

23.07.2025  11:24 

Kəlbəcərdə zabit vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +