Hikmət Hacıyev: MDB iclasına qatılmamağımız Rusiya ilə bağlı deyil
Tanınmış müğənni xəstəxanaya yerləşdirilib-FOTO
Hikmət Hacıyev Əbu-Dabi görüşündən DANIŞDI
Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident


01.04.2021  10:05 

Pentaqon transgenderlərin orduda xidmətinə yenidən icazə verdi





A+  A-

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) transgenderlərin hərbi xidmətə alınması üçün yeni təlimatları təsdiq edib.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

Yeni qaydalara əsasən, transgenderlər yenidən Amerika Silahlı Qüvvələrinin sıralarına seçdikləri cinsin nümayəndəsi kimi daxil olmaq hüququ qazanırlar. Bundan başqa, hərbi rəhbərlik belə insanlara lazımi tibbi yardımın göstərilməsini təmin edir.

Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın 44-cü Prezidenti Barak Obama (2009-2017) transgenderlərə açıq şəkildə hərbi xidmətə daxil olmağa və lazımi tibbi yardım almağa icazə verib. Onun xələfi Donald Tramp transgenderlərin ABŞ ordusunda hər hansı bir vəzifəyə sahib olmasına qarşı olduğunu bəyan edib. Cari ilin yanvar ayında ABŞ-ın hazırkı Prezidenti Co Bayden isə əvvəlki administrasiyanın tətbiq etdiyi məhdudiyyətləri ləğv edən fərman imzalayıb.

Xəbər 3246 dəfə oxunub.




20.07.2025  13:15 

Sabahın havası açıqlandı

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +