İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


08.06.2025  18:00 

Ukraynada qadınlar da orduya çağrıla bilər





A+  A-

Ukraynada bütün yetkin vətəndaşlar, o cümlədən qadınlar səfərbərliyə hazır olmalıdır.

Xəzərnews.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hava Kəşfiyyatına Dəstək Mərkəzinin rəhbəri Mariya Berlinskaya deyib.

“Artıq elə bir mərhələdəyik ki, həm qadınlar, həm də 18 yaşdan yuxarı olan insanlar səfərbərliyə hazır olmalıdır", - deyə o bildirib.

Xatırladaq ki, iyunun 4-də Ukrayna parlamenti 60 yaşdan yuxarı kişilərin könüllü əsasla hərbi xidmətə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihəyə əsasən, yaşlı vətəndaşlar Ukrayna Silahlı Qüvvələri ilə birillik müqavilə imzalaya biləcəklər. Onlar üçün iki ay sınaq müddəti tətbiq olunacaq və bu müddətdə müqavilədən imtina hüquqları olacaq.

Ukrayna Müdafiə Nazirliyi isə yaşlıların yalnız döyüş bölgəsindən kənar vəzifələrə təyin edilməsini məqsədəuyğun sayır və bu vəzifələrə yalnız uyğun iş təcrübəsi olan şəxslərin cəlb olunacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri ölkədə vətəndaşların səfərbər olunması ilə bağlı ciddi fikir ayrılıqları yaşandığını etiraf etmişdilər.

Xəbər 446 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +