Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


16.05.2025  12:09 

Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO





A+  A-

Binəqədidən “Azadlıq” metrosu istiqamətində hərəkət edən 41 nömrəli sərnişin avtobusunda təhlükəli anların yaşanması barədə məlumat vermişdik.

Xəzərnews.az xəbər verir ki, Publika.az-ın sorğusuna cavab olaraq 41 saylı marşrut xəttinin nümayəndəsi Afis Mikayılov bildirdi ki, hazırda Binəqədi qəsəbəsində kommunikasiya xətlərinin çəkilməsi bu ərazidə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib:

“Bu da 41 və 45 saylı müntəzəm marşrut xətlərinin fəaliyyətinə mənfi təsir göstərərək interval pozulmalarına səbəb olur. Nəticədə bəzi hallarda sərnişin sıxlığı müşahidə edilir. Bununla yanaşı, yolların vəziyyəti avtobuslarda texniki nasazlıqların yaranmasına və qəzalara gətirib çıxarır. Bütün bunlar marşrut xəttinin dövriliyinə, sərnişinlərin daşınmasına mənfi təsir göstərir. Bununla yanaşı bəzi sərnişinlər avtobusda yer olmadığı halda qapıların giriş hissəsindən yapışaraq gedirlər və sürücülərin xəbərdarlığına baxmayaraq bu hərəkətrinə davam edilər. Yayılmış görüntüyə gəlincə, avtobusun sürücüsü müəyyən edilərək, tərəfimizdən tədbir görüləcək".

****

Binəqədidən “Azadlıq” metrosu istiqamətində hərəkət edən 41 nömrəli sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.

Xəzərnews.az Bu barədə Publika.az-a oxuculardan biri məlumat verib.

Məlumatda bildirilib ki, avtobus hərəkət edərkən arxa qapı açıq olub və məktəbli uşaqlar qapıdan sallanıb. Üstəlik, bu vəziyyət sürücünü narahat etməyib. Heç nə olmamış kimi yolunu davam edib.

Həmin görüntünü təqdim edirik:



Xəbər 497 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +